» » Müğənni Jasminin əri saxlanılıb

Müğənni Jasminin əri saxlanılıb

Müğənni Jasminin əri saxlanılıb

O, fırıldaqçılıqda ittiham edilir.

Müğənni Jasminin əri moldovalı iş adamı İlan Şor fırıldaqçılıqla əlaqədar iş üzrə saxlanılıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə prokuror Adriana Betsişor bildirib. 

“İlan Şor banklarda fırıldaqçılığa dair yeni iş üzrə 72 saat müddətinə saxlanılıb. O, fırıldaqçılıqda və pulların yuyulmasında ittiham edilir. Prokurorlar rayon məhkəməsində Şorun 30 sutkalıq ilkin həbs edilməsini tələb edəcəklər”, - o, Şorun dindirilməsinin nəticələri üzrə bildirib. 

Onun sözlərinə görə, söhbət Moldovanın sabiq baş naziri Vladimir Filatın korrupsiyada ittiham edilməsinə aidiyyəti olmayan istintaqdan gedir. Prokuror qeyd edib ki, Şor ittiham edilən statusundadır. 

2015-ci ildə müğənni Jasminin əri 1 milyard dolları Rusiyaya köçürmək işi üzrə Moldovada saxlanılıb.