» » DƏHŞƏTLİ QƏTL - Həyat yoldaşını balta ilə doğradı - FOTO

DƏHŞƏTLİ QƏTL - Həyat yoldaşını balta ilə doğradı - FOTO

DƏHŞƏTLİ QƏTL - Həyat yoldaşını balta ilə doğradı - FOTO

Bərdə rayonunda qətl hadisəsi baş verib.

Ucarliyiq.biz apa-ya istinadən bildirir ki, rayonun Qaratapə kənd sakini Səbuhi Həsənov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Həsənovanı baltalayaraq öldürüb.

Bərdə Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Şübhəli şəxs qismində saxlanılan S. Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. Üç uşaq anası olan qadının meyidi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsində müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.