» » Qısqanc ər arvadını niyə öldürdüyünü açıqladı: "Evdə başqası ilə..."

Qısqanc ər arvadını niyə öldürdüyünü açıqladı: "Evdə başqası ilə..."

Qısqanc ər arvadını niyə öldürdüyünü açıqladı: "Evdə başqası ilə..."

Bu gecə Bərdə rayonunda törədilmiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, Qaratapə kənd sakini Səbuhi Həsənov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Həsənovanı baltalayaraq öldürdükdən sonra könüllü olaraq polisə təslim olub. O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, G.Həsənova ilə S.Həsənov arasındakı münasibətlər xeyli vaxtdır ki, pozulubmuş. Bu səbəbdən ər və arvadı bir neçə dəfə bir-birindən polisə şikayət edibmiş. Bu ilin may ayında isə cütlük boşanmağa qərar verib və məhkəməyə müraciət ediblər. Məhkəmə isə onlara münasibətlərini ayırd etmək üçün bir neçə ay vaxt veribmiş.

S.Həsənov ilkin ifadəsində iddia edib ki, keçən ay həyat yoldaşını yaşadığı evdə başqa bir şəxslə birgə yaxalayıb və məhz bundan sonra boşanmağa qərar verib. O, həmçinin əlavə edib ki, Günel Həsənova uşaqları ona vermək istəmirmiş.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.