» » XİN: Rusiya Türkiyə xarici işlər naziri ilə danışıqlara hazırdır

XİN: Rusiya Türkiyə xarici işlər naziri ilə danışıqlara hazırdır

XİN: Rusiya Türkiyə xarici işlər naziri ilə danışıqlara hazırdır

“Biz bütün nazirlərə dəvətnamə göndərmişik”.

Rusiya Türkiyənin xarici işlər naziri ilə Soçidə ikitərəfli danışıqlar aparmağa hazırdır.

Ucarliyiq.biz “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya bildirib.

“Biz bütün nazirlərə, o cümlədən Türkiyə və Ukraynanın XİN başçılarına dəvətnamə göndərmişik. Hələlik cavab almamışıq. Uzağı bir həftəyə iştirakçıların adları məlum olacaq”, - deyə o qeyd edib.

Nazir müavininin sözlərinə görə, Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) XİN başçılarının toplantısına dəvəti müsbət dəyərləndirsə, onda Rusiya tərəfi bu ölkənin xarici işlər naziri ilə danışıqlar aparmağa hazırdır.