» » Ermənistan avtomobillərin təkrar satışı ilə dövlət büdcəsini artırır

Ermənistan avtomobillərin təkrar satışı ilə dövlət büdcəsini artırır

Ermənistan avtomobillərin təkrar satışı ilə dövlət büdcəsini artırır

Dövlət Gəlir Komitəsinin 27 avtomobili əlindən alınır.

Ermənistan hakimiyyəti iyunun 23-də iclas zamanı 383 nəqliyyat vasitəsinin geri alınaraq Dövlət Əmlak İdarəsinə verilməsi barədə qərar qəbul edib. Həmin nəqliyyat vasitələri sonradan təkrar satışa çıxarılacaq. 

Ucarliyiq.biz bu barədə news.am-a istinadən xəbər verir. 

Məlumata görə, Ermənistanın Maliyyə Nazirliyindən - 4, İqtisadiyyat nazirliyindən – 4, Ədliyyə Nazirliyindən – 2, İdman və Gənclərlə İş Nazirliyindən – 1, Energetika və Təbii Resurslar Nazirliyindən – 4, Əmək və Sosial Məsələlər Nazirliyindən – 26, Kənd Təsərrüfatı Nazirliyindən – 9, Təhsil və Elm Nazirliyindən – 3, Ərazi İdarəçiliyi və İnkişafı Nazirlyindən - 1, Nəqliyyat nazirlyiindən -4, Şəhərsalma Nazirliyindən – 7, Dövlət Əmlak Kadastr Komitəsindən - 7, Dövlət Gəlir Nazirliyindən – 27  avtomobil geri alınıb.

Bundan başqa, Dövlət Əmlak İdarəçiliyi İdarəsinin balansında 274 avtomobil var. 

Bu nəqliyyat vasitələrinin satışı ölkənin dövlət büdcəsinə yetərincə gəlir gətirəcəyi ehtimal edilir.