» » Birinci xanımdan Arda və Terimin ailəsinə dəstək

Birinci xanımdan Arda və Terimin ailəsinə dəstək

Birinci xanımdan Arda və Terimin ailəsinə dəstək
Birinci xanımdan Arda və Terimin ailəsinə dəstək

Türkiyənin baş naziri Binali Yıldırımın həyat yoldaşı Semiha Yıldırım milli futbol komandasının təhqir olunan üzvlərinə dəstək olub.

Ucarliyiq.biz - in "Hürriyet"ə istinadən məlumatına görə, birinci xanım baş məşqçi Fatih Terimin qızı Buse Terimə və komanda kapitanı Arda Turanın anası Yüksel Turana zəng vurub. Yıldırım F.Terimin həyat yoldaşı Fulya Terimlə də danışıb.

Bir ana olaraq baş verənlərin necə hiss etdirdiyini bildiyini deyən Semiha Fulyani və Y.Turanı təsəlli edib. Altı aylıq hamilə olan Buseyə zəng vuran baş nazirin xanımı ona özünü və uşağını düşünməsini, yazılanlara fikir verməməsini tapşırıb.

Qeyd edək ki, Türkiyə yığması "Avro 2016"da İspaniyaya 0:3 hesabı ilə məşğlub olduqdan sonra fanatlar A.Turanı və F.Terimi kobud şəkildə təhqir etmiş, hətta Terimin qızına qarğışlar yazmışdılar.