» » "Eurovision"a rəqib müsabiqəyə start verilir

"Eurovision"a rəqib müsabiqəyə start verilir

"Eurovision"a rəqib müsabiqəyə start verilir

Sabah Azərbaycanda ilk dəfə "Youthvision" mahnı müsabiqəsi keçiriləcək.

"Həmişə gənc" şüarı ilə baş tutacaq yarışmada 24 ölkə nümayəndəsi iştirak edəcək.

Mahnı festivalı Heydər Əliyerv adına Sarayda reallaşacaq, 14-35 yaş arasında olan gənclər birincilik uğrunda mübarizə aparacaqlar.

Tədbirdə məşhur italiyalı müğənni İnqrid də qonaq qismində iştirak edəcək.

Qeyd edək ki, yarışmada hər ölkəni öz münsifi təmsil edir. Ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1-12 bal verəcək. Ən çox səs toplayan "Youthvision"un qalibi olacaq. İlk 3 yerin qalibinə pul mükafatı və hədiyyələr veriləcək.

Xatırladaq ki, müsabiqənin ümumi mükafat fondu 6 min dollardır. Yarışmanın keçirilməsinə isə 150 min manat xərclənməsi nəzərdə tutulub. Bura iştirakçılar və münsiflərin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasimin təşkili, müsabiqə öncəsi məşqlər və.s daxildir.