» » Bakıda ata ilə körpə qızını avtomobil vurdu

Bakıda ata ilə körpə qızını avtomobil vurdu

Bakıda ata ilə körpə qızını avtomobil vurdu

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ucarliyiq.biz musavat.com-a istinadən bildirir ki, hadisə rayonun aşağı Güzdək qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən 33 yaşlı Xəlil Qubadzadə və 2 yaşlı qızı Fizzə Qubadzadəni maşın vurub. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Hər iki yaralı əməliyyat olunub. Həkimlər ata və qızının vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Hadisə barədə məlumat alan polis araşdırmalara başlayıb. Hadisəni törədən sürücünün ifadəsi alınıb.
Faktla əlaqədar avtotexniki ekspertiza təyin olunub. Araşdırmalar davam edir.