» » Bakıda yol polisindən insanlıq dərsi - FOTOLAR

Bakıda yol polisindən insanlıq dərsi - FOTOLAR

Bakıda yol polisindən insanlıq dərsi - FOTOLAR

Bakıda yol polisi əməkdaşları nümunəvi hərəkətləri ilə avtosfer.az-ın kamerasına tuş gəliblər. Belə ki, iyunun 22-də, səhər saatlarında Lermontov küçəsi ilə Şeyx Şamil küçəsinin kəsişməsində yaşlı qadın yolu keçməkdə çətinlik çəkib. Bunu görən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Mübariz adlı əməkdaşı 99 YP 501 dövlət nömrə nişanlı xidməti avtomobili ilə avtomobillərin qarşısına keçərək yolu bağlayıb.

Daha sonra həmin ərazidə piyada xidmət aparan polis serjantı yaşlı qadının əlindən tutaraq yolun əks tərəfinə keçirib. YPX əməkdaşlarının bu davranışı ətrafdakı insanlar tərəfindən xoş təbəssümlə qarşılanıb.

Ucarliyiq.biz həmin anda çəkilən fotoları təqdim edir: