» » Atalığının zülmündən ayaqlarını itirdi - TƏFƏRRÜATLAR

Atalığının zülmündən ayaqlarını itirdi - TƏFƏRRÜATLAR

Atalığının zülmündən ayaqlarını itirdi - TƏFƏRRÜATLAR

Ötən il azərbaycanlı atalığı tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalaraq evdən qaçan rusiyalı uşaq ölkəsinə qaytarılıb.

Ucarliyiq.biz bildirir ki, Azərbaycan Uşaqları İctimai Birliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Vasif Akiflinin aznews.az-a verdiyi məlumata görə, Mixail Andreyeviç İvaniş Rusiya Belqorod şəhər Yetkinlik yaşına çatmayan uşaq və yeniyetmələrin Reabilitasiya Mərkəzinin rəhbərliyinə təhvil verilib.

Məlumat üçün bildirək ki, Mixail İvaniş 2014-cü ilin may ayında anası Kryuçkova Nadejda Valentinovna və atalığı Məmmədov Fizuli Sabir oğlu ilə birgə Beyləqan rayonu Şahsevən kəndində məskunlaşıb. 2014-cü ilin sentyabr ayında kənd məktəbinin 2-ci sinfinə getməsi ilə bağlı valideyn tərəfindən müraciət olunub, lakin valideynin səhlənkarlığı və təhsil müəssisəsinin tələb etməməsi səbəbindən Mixail təhsil ala bilməyib.

Valideynləri içki aludəçisi olan Mixail səfil həyat sürüb, mütəmadi olaraq valideynləri tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb. Atalığı tərəfindən növbəti fiziki və psixoloji zorakılıq görən Mixail 2015-ci ilin yanvar ayının 22-də evdən qaçaraq zirzəmilərdən birində gizlənib, havanın şaxtalı keçməsi səbəbindən zirzəmidə ayaqlarını don vurub.

Mixail İvaniş don vurma diaqnozu ilə Bakı şəhərinin yanıq şöbəsinə yerləşdirilib və hər iki pəncədə barmaqların yumşaq toxumasının qanqrenası diaqnozu təyin olunub. Buna görə də onun ayağı amputasiya olunub, dəri köçürmə əməliyyatı həyata keçirilib. 17 may 2015-ci il tarixdə xəstəxanadan Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşən Mixail İvanişinin valideynləri 22 may 2015-ci il tarixində Azərbaycan sərhədini keçərək Rusiya Federasiyasına qayıdıb. Valideynlər Rusiya hökumətinin müvafiq qurumları tərəfindən valideyn hüquqlarından məhrum ediliblər.

27 iyul 2015-ci il tarixli Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq Komissiyasının 104 saylı sərəncamına əsasən, Ağazadə Kəmalə Yusif qızı İvaniş Mixail Andreyeviçin rəsmi qəyyumu təyin olunub.

246 saylı məktəbin 2-ci sinfində təhsilini davam etdirib, "Çərpələng" tədris-təhsil kursunda fərdi qaydada məşğələlərə qatılıb, nəticələri isə gözlənildiyindən də yaxşı olub.