» » Salyan sakini borca görə 18 kq narkotik əkdi – VİDEO

Salyan sakini borca görə 18 kq narkotik əkdi – VİDEO

Salyan sakini borca görə 18 kq narkotik əkdi – VİDEO

Faktla bağlı cinayət işi başlayıb.

Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri zamanı rayonun Qaraçala qəsəbəsinin sakini, 27 yaşlı Qabil Abdullayev şübhəli şəxs qismində saxlanılıb. 

ucarliyiq.biz Region TV-yə istinadən xəbər verir ki, onun yaşadığı həyətyanı sahəyə baxış keçirilən zaman yaş halda ümumi çəkisi 18,10 kiloqram miqdarında 18 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

İlkin dindirilmə zamanı Qabil Abdullayev borclarını ödəmək üçün belə bir cinayətə əl atdığını etiraf edib:

"Borclarım var idi, ona görə əkmişəm, yoxsa əkməzdim".

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi başlayıb, istintaq aparılır.