» » Məşhur müğənni itib: intihar etmək istəyir? - FOTOLAR

Məşhur müğənni itib: intihar etmək istəyir? - FOTOLAR

Məşhur müğənni itib: intihar etmək istəyir? - FOTOLAR

Dünyanın ən populyar müğənnilərindən biri, irland Şineyd O-Konnor yoxa çıxıb. ABŞ-ın Çikaqo şəhərinin polisi onu arayır.

Polisdən verilən məlumata görə, yoxa çıxmazdan əvvəl yaxınları ilə telefonla danışan 49 yaşlı müğənni intihar edəcəyini söyləyibmiş.

Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, şəhər polisi İrlandiyadakı həmkarlarından məlumatlar alıb. İrland polisi iləsə Şineydin ailə üzvləri və qohumları əlaqə saxlayıblar.

"Şineyd son telefon danışığında dedi ki, dərin depressiyadadır, körpüdən atılmağı düşünür", - müğənninin qohumları deyiblər.

Şineyd O-Konnor bu ilin mayında Çikaqoda velosiped gəzintisindən sonra evə qayıtmayanda qohumları polisə müraciət etmişdilər və axtarışlar başlanmışdı.

Yoxa çıxmazdan əvvəl müğənni Facebook-dakı profilində yazmışdı: "Çox ağır mənəvi yaralarım var".

Axtarışlar nəticə vermiş, müğənni şəhərdəki otellərdən birində tapılmışdı.

Ötən ilin noyabrında İrlandiyada olanda o, otel nömrəsində həddən ziyadə yuxu dərmanı içərək intihara cəhd göstərmişdi.

Məşhur müğənni itib: intihar etmək istəyir? - FOTOLAR
Məşhur müğənni itib: intihar etmək istəyir? - FOTOLAR