» » Qardaş bacısını bıçaqladı - Sosiyal şəbəkəyə görə

Qardaş bacısını bıçaqladı - Sosiyal şəbəkəyə görə

Qardaş bacısını bıçaqladı - Sosiyal şəbəkəyə görə

Bakının Suraxanı rayonunda qardaş bacısını bıçaqlayıb.

Ucarliyiq.biz apa-ya istinadən xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. 36 yaşlı Ramil Nahid oğlu Əhmədovun bacısı 25 yaşlı Ramilə Əhmədovanı bıçaqlamasına ilkin səbəb kimi isə sonuncunun sosial şəbəkədən istifadə etməsi göstərilib. Ramil bacısına çoxsaylı zərbələr endirib. Yaralı xəstəxanaya gətirilib və dərhal əməliyyat olunub.

Həkimlər Ramilə Əhmədova da 10-a yaxın bıçaq xəsarətinin olduğunu bildiriblər.

Hadisədən sonra Ramil Əhmədov Daxili İşlər Nazirliyinin "102 Zəng mərkəzi"nə məlumat verərək bacısını bıçaqlandığını deyib. 31-ci polis bölməsinin əməkdaşları Ramil Əhmədovu saxlayaraq istintaqa təhvil veriblər.

Faktla əlaqədar cinayət məcəllənin 126.1 qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.