» » Hazırlıqdan qayıdan 17 yaşlı qız qaçırıldı

Hazırlıqdan qayıdan 17 yaşlı qız qaçırıldı

Hazırlıqdan qayıdan 17 yaşlı qız qaçırıldı

Gənc qızın evlilik məqsədilə qaçırıldığı ehtimal edilir.
Oğuz rayonunda 17 yaşlı qız qaçırılıb.
Ucarliyiq.biz bildirir ki, bu barədə ANS PRESS-ə onun ailə üzvləri məlumat veriblər. Yeniyetmənin yaxınlarının sözlərinə görə, rayonun Calut kənd sakini 1999-cu il təvəllüdlü Sülhiyyə İsmayıl qızı Sayadzadə ötən gün repetitor yanından hazırlıqdan qayıdarkən naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb:

"Sülhiyyə çox sakit bir qızdır. Bu il kənd məktəbinin 11-ci sinfini bitirdi və universitetə hazırlaşırdı. Ötən gün isə belə bir hadisə baş verdi. Qaçırıldıqdan sonra ondan heç bir məlumat ala bilməmişik. Hazırda hamımız çox narahatıq. Məsələ ilə bağlı rayon polis şöbəsinə də məlumat vermişik. İstəyirik ki, qızımız tez bir zamanda tapılsın və ailəmizə qaytarılsın", - deyə ailə üzvləri bildiriblər.

Oğuz Rayon Polis Şöbəsinin istintaq şöbəsinin rəis müavini İlham Əhmədov ANS PRESS-ə faktı təsdiq edərək bildirib ki, qızı qaçıran şəxs artıq müəyyən edilib: "Sülhiyyə Sayadzadə onu sevən gənc tərəfindən qaçırılıb. Hadisə şəhər ərazisində baş verib. Həmin gəncin şəxsiyyəti artıq məlumdur. Ancaq hələlik onu dindirə bilməmişik. Çünki qızı qaçıran oğlan gizlənib. Hazırda Sülhiyyənin ailəsinə geri qaytarılması və hadisəni törədən şəxsin saxlanılması istiqamətində işlər aparılır".

Rəis müavini onu da bildirdi ki, əgər S.Sayadzadə onu qaçıran şəxsdən şikayətçi olsa, o zaman "adam oğurluğu" maddəsi ilə cinayət işi açılacaq.

Qızın ailə üzvləri isə bütün hallarda qızı qaçıran şəxsdən şikayətçi olacaqlarını bildirdilər.