» » Roma papası Ermənistana gedib

Roma papası Ermənistana gedib

Roma papası Ermənistana gedib

Onun prezident terminalında Serj Sarkisyanla görüşü olacaq.

Roma papası Fransiskin Ermənistana səfəri başlayıb.

ucarliyiq.biz - in İnterfaks-a istinadən verdiyi məlumatına görə, İrəvanın “Zvartnots” beynəlxalq hava limanında Roma papası Fransiskin gəlişi münasibətilə təntənəli qarşılanma mərasimi təşkil edilib.

Prezident terminalında papanın Ermənistan prezidenti Serj Sarkisyan və katolikos II Qareginlə qısa görüşü nəzərdə tutulub. 

Bunun ardınca isə o, Eçmiadzinə gedəcək.

Pontifikin Ermənistana səfəri iyunun 26-da başa çatacaq.