» » Xəyanətə uğramış qadından DƏHŞƏTLİ QİSAS

Xəyanətə uğramış qadından DƏHŞƏTLİ QİSAS

Xəyanətə uğramış qadından DƏHŞƏTLİ QİSAS

Rusiyanın Krosnoyarsk diyarında iki uşaq anası onu tərk edən ərindən qisas almaq üçün dəhşətli əmələ əl atmaq istəyib.

Ucarliyiq.biz anspress-ə istinadən bildirir ki, həddindən artıq spirtli içki qəbul edən qadın ərinin müdirinə zəng vuraraq bildirib ki, yaş yarımlıq və beş yaşlı oğlunu öldürməyə hazırlaşır. Anası telefonla danışan zaman beş yaşlı oğlan qışqıraraq kömək istəyib.

Uşaqlardan böyüyü qəddar ananın əlindən qaçıb gizlənməyə müvəffəq olsa da, yaş yarımlıq körpə canını qurtara bilməyib. Ana kiçik oğlunu kəndirlə asıb.

Özünü evə çatdıran ər evə girə bilməyib. Qadın asılmış oğlunu ona pəncərədən nümayiş etdirib.

Lakin polis körpənin köməyinə tez çata bilib. Kəndirdən açılan, lakin huşsuz olan uşaq dərhal xəstəxanaya çatdırılıb.

Ərinin başqa qadına görə tərk etdiyi 34 yaşlı qadın həbs edilib.

Analoji hadisə bu ilin fevralında Azərbaycanda - Gəncə şəhərində baş verib. Ana öz övladını boğaraq öldürüb. Hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb.

Şəhər sakini, 1973-cü il təvəllüdlüMətanət Məmməd qızı Hüseynova oğlu - 2015-ci il təvəllüdlü Elmir Telman oğlu Hüseynovu həyətyanı sahədə olan su quyusunda boğub.