» » Rusiyadan Azərbaycana QADAĞA

Rusiyadan Azərbaycana QADAĞA

Rusiyadan Azərbaycana QADAĞA

Komitə bu addımı başadüşülən hesab edir.

Bəzi kütləvi informasiya vasitələrində iyun ayı ərzində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Agentliyi tərəfindən Azərbaycandan bu ölkəyə 238 kq meyvə və giləmeyvənin idxalına qadağa qoyulması barədə məlumat yayılıb.

Ucarliyiq.biz bildirir ki, ucarliyiq.biz-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, iyun ayının ilk ongünlüyündə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlər ikitərəfli müzakirələrdən sonra tam aradan qaldırılıb.

"Son 3 gündə - iyun ayının 21-dən 24-ə qədər pomidor, badımcan, qarpız, gilas, kök, ərik yüklü 52 vaqon və 161 yük avtomobili maneəsiz olaraq Azərbaycandan Rusiyaya yola salınıb.

Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında heç bir problem müşahidə olunmur", - deyə komitədən bildirilib.

Komitədən qeyd edilib ki, hazırda Rusiya Azərbaycandan əl yükləri ilə məhsulların ixracına qadağa qoyub:

"Sadəcə əl yükləri ilə aparılan cüzi miqdarda kənd təsərrüfatı məhsullarının ixracına Rusiya Federasiyasının müvafiq orqanları tərəfindən qadağa qoyulub ki, buna səbəb də həmin məhsullara verilən müvafiq sənədlərin qarşı tərəfə təqdim olunmamasıdır.

Əlbəttə ki, bu təhlil aparılarkən miqdarı az olmasına baxmayaraq ixracına qadağa qoyulan məhsulların yetişdirilməsinə, yığılmasına və ixracına çəkilən əziyyət və xərclər də başa düşüləndir.

Ancaq beynəlxalq təcrübə və iki ölkə arasında sadəcə kənd təsərrüfatı məhsulları sahəsində həyata keçirilən idxal-ixrac əməliyyatlarının həcmi nəzərə alındıqda belə hallar istisna hesab olunur və təbii qarşılana bilər".