» » BİR RAYON TƏŞVİŞDƏ: saqqallı, qara paltarlı kişi...

BİR RAYON TƏŞVİŞDƏ: saqqallı, qara paltarlı kişi...

BİR RAYON TƏŞVİŞDƏ: saqqallı, qara paltarlı kişi...

Ağdaşda Qoşaqovaq kəndində bir neçə gündür ki, insanlar həyəcan içində yaşayır. Kənd sakinlərinin Lent.az-a verdiyi məlumata görə, bir neçə gündür ki, tanımadıqları qara paltarlı şəxs həyətlərə girərək sakinləri təlaşa salır. Sıx və uzun saqqallı bu adamı tanımayan kənd sakinləri dəfələrlə onu tutmağa çalışsa da, buna nail ola bilməyiblər. Bildirilir ki, naməlum şəxs həyətlərə girərək gecə saatlarında alışqan işığı yandırır və oturaraq siqaret çəkir. Məsələ ilə bağlı sakinlər polisə müraciət də ediblər.

Ucarliyiq.biz xəbər verir ki, Qoşaqovaq kənd sakinləri lent.az-a bildirib ki, polislər artıq kənddə araşdırmalara başlayıb və bir neçə polis nəfəri yaşayış məntəqəsinin ərazisində keşik çəkir. Həmçinin əhaliyə hava qaralandan sonra küçəyə çıxmamaq tövsiyə edilib.

Ağdaş rayon Polis Şöbəsindən bildirilib ki, məsələdən xəbərdardırlar və müvafiq tədbirlər görülür. Qoşaqovaq kəndi üzrə polis sahə müvəkkili Murad Quliyev isə bildirib ki, artıq 10-a yaxın evin həyətinə həmin naməlum şəxsin daxil olaraq həyəcan yaratması müəyyənləşdirilib. İnsanlara və onların mülkünə hər hansı ziyan vurmayan "çağırılmamış" qonaq daha çox təşviş yaradaraq təlaşa səbəb olur. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.