» » Pulunu vermədilər İNTİHAR etdi - FOTOLAR

Pulunu vermədilər İNTİHAR etdi - FOTOLAR

Pulunu vermədilər İNTİHAR etdi - FOTOLAR

Bu səhər Bakıda intihara cəhd hadisəsi baş verib.

Ucarliyiq.biz musavat.com-a istinadən xəbər verir ki, Hüseyn Cavid prospektində tikilməkdə olan 16 mərtəbəli binanın üstünə çıxan kişi özünü atacağı ilə hədələyib.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin rəisi, polis əməkdaşları və FHN xilasediciləri cəlb ediliblər. Məlum olub ki, intihara cəhd edən şəxs 35 yaşlı Razi Məmmədovdur. O, intihara cəhdini binanın tikintisini aparan şirkətin rəhbərlərindən biri ilə arasındakı pul mübahisəsi ilə əsaslandırıb. Lakin Razi Məmmədov mübahisənin detalları ilə bağlı heç bir məlumat verməyib. Bircə onu deyib ki, uzun müddət Türkiyədə biznes fəaliyyəti ilə məşğul olub və sonradan Bakıya qayıdıb.

Yasamal Rayon Polis İdarəsinin rəisi intihara cəhd edən şəxsin yanına qalxıb və aparılan söhbətdən sonra onu intihar niyyətindən daşındıra bilib. Aşağı düşən Razi Məmmədov Polis İdarəsinə aparılıb.

Fakt araşdırılır.

Pulunu vermədilər İNTİHAR etdi - FOTOLAR
Pulunu vermədilər İNTİHAR etdi - FOTOLAR
Pulunu vermədilər İNTİHAR etdi - FOTOLAR