» » Yasamalda kütləvi dava vaxtı adam öldürən şəxsə hökm oxundu – FOTO

Yasamalda kütləvi dava vaxtı adam öldürən şəxsə hökm oxundu – FOTO

Yasamalda kütləvi dava vaxtı adam öldürən şəxsə hökm oxundu – FOTO

Qasımzadə qardaşlarının hər birinə bıçaq zərbələri vurub.

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakinləri Sənan Zeynalovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 152 (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə ola və ya seksual xarakterli digər hərəkətlər etmə), Samir Zeynalovun CM-nin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və Şirvan ş. sakini Elvin Əhmədlinin CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

ucarliyiq.biz xəbər veiri ki, ötən il noyabrın 1-i gecə saat 02.40-da, Yasamal rayonu, M.Həsənov küçəsi, 69 ünvanında yerləşən "Günəş" kafesində kütləvi dava baş verib. Münaqişə zamanı Bakı ş. sakini Rəsul Süleymanov döş qəfəsindən aldığı bıçaq xəsarətindən xəstəxanaya aparılarkən yolda kəskin qanitirmədən dünyasını dəyişib.

Bundan əlavə şəhər sakini Tofiq Mehdiyev kürək nahiyyəsinin, Şirvan ş. sakinləri - Sakit Qasımzadə və qardaşı Səfər əl və ayaq nahiyələrinin kəsilmiş xəsarətləri ilə Respublika xəstəxanasına daxil olaraq, həyatları xilas edilib.

Səhərisi gün şübhəli şəxslər Yasamal RPİ və 29-cu polis bölməsi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.

İstintaqla müəyyən edilib ki, Sənan və Samir Zeynalovlar həmin gecə kafedə spirtli içki qəbul edərkən qonşu masada əyləşən iki nəfərlə mübahisə edərək orada olan digər müştərilərin istirahətini 25-30 dəqiqə ərzində pozublar.

Bundan bir müddət sonra Sənan digər masada əyləşən Rəsul Süleymanovla mübahisə etməyə başlayıb, sonra isə söz-söhbətə aydınlıq gətirmək üçün küçəyə çıxıblar.

Orada Sənan birinci olaraq kəllə ilə Rəsulun sifətinə zərbə atıb, sonra bunun qarşısını almağa çalışan Tofiq Mehdiyevə üzərindəki bıçaqla bel nahiyyəsindən xəsarət yetirib. Xuliqanlıq hərəkətlərini davam edən Sənan Ruslan Süleymanovun gözü qarşısında qardaşı Rəsulun ürəyindən 1 zərbə vuraraq, onu ölümcül yaralayıb, ardınca isə qardaşı Samir Zeynalovla dava edən Sakit və Səfər Qasımzadə qardaşlarının hər birinə bıçaq zərbələri vurub.    

Bundan əlavə istintaqın gedişatında məlum olub ki, 2013-cü ilin avqustunda Sənan Zeynalov  və 16 yaşına çatmayan L.R (1998-ci il təv.) ailə quraraq, sonuncunun razılığı ilə kirayə yaşadığı 2-ci Alatava qəsəbəsində cinci əlaqədə olub. Bununla əlaqədar ona yuxarıda qeyd olunduğu kimi CM-nin 152-ci maddəsi ilə ittiham elan edilib.

Məhkəmə prosesində Sənan Zeynalov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə yerindən qardaşı və digər uşaqları ilə taksi ilə kirayə qaldığı evə gedərkən bıçağı pəncərədən tullayıb. Sonra oradan 9-cu mikrorayonda yaşayan tanışının evinə yollanıb, səhərisi gün isə könüllü 29-cu plois bölməsinə gələrək, təslim olub. Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olduğunu, heç kimi öldürmək niyyətində olmadığını və özünü müdafiə etdiyini qeyd edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Zeynalov 19 il, Elvin Əhmədli 4 il və Samir Zeynalov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Hökmdən apellyasiya şikayətləri verilib.

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsi hökmünün qüvvəsində saxlanılması barədə qərar qəbul edib. 

C.H.