» » Tanınmış diktor vəfat etdi - FOTO

Tanınmış diktor vəfat etdi - FOTO

Tanınmış diktor vəfat etdi - FOTO

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı, radionun tanınmış diktoru, respublikanın əməkdar artisti Bəxtiyar Şərifzadə ötən axşam vəfat edib.

Ucarliyiq.biz bildiri ki, bu haqda Modern.az saytına AzTV-dən məlumat verilib.

Məlumata görə, Bəxtiyar Şərifzadə qəfil ürək tutmasından dünyasını dəyişib.

B.Şərifzadə 1962-ci ildə Qax rayonunda doğulub. O, diktor fəaliyyəti ilə yanaşı, bir sıra sənədli filmlərin və çoxsaylı verilişlərin kadrarxası mətnini səsləndirməklə tanınmışdı.

Bəxtiyar Şərifzadə Azərbaycanda dublyaj işində iştirak edib.

54 yaşlı diktor bu gün doğulduğu Qax rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin.