» » Arvadını və övladlarını baltalayan Cəlilabad sakini tutuldu

Arvadını və övladlarını baltalayan Cəlilabad sakini tutuldu

Arvadını və övladlarını baltalayan Cəlilabad sakini tutuldu

Keçmiş arvadı və övladlarına balta ilə ağır bədən xəsarətləri yetirdikdən sonra qaçaraq gizlənmiş Cəlilabad rayon sakini yaxalanıb.

Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, həyata keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətmiş Cəlilabadın Muğan kənd sakini İsgəndər Əliyev şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd edək ki, iyunun 24-də gecə saat 04.00 radələrində Cəlilabadın Muğan kəndində baltalanma hadisəsi baş verib. Kənd sakini İsgəndər Əliyev keçmiş həyat yoldaşı Şamama Qürbətovanın yaşadığı evə girərək əlindəki balta ilə qadının və 12 yaşlı oğlu Səid Əliyevin baş nahiyəsindən zərbələr endirib.

Daha sonra o, böyük oğlu Fəridlə də əlbəyaxa olub. Qəzəblənmiş ata 17 yaşlı övladını əlləri ilə boğmağa çalışsa da, Fərid atasının əlindən qaça bilib. Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən İsgəndər Əliyev aradan çıxıb.

Yaralıları qonşular xəstəxanaya çatdırıblar.

Hadisənin İsgəndər Əliyevin aliment ödəməkdən imtina etməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarında araşdırmalar davam etdirilir.