» » Somalidə silahlı dəstə otelə hücum edib

Somalidə silahlı dəstə otelə hücum edib

Somalidə silahlı dəstə otelə hücum edib

Silahlılar və otelin mühafizəçiləri arasında şiddətli atışma davam edir.

Somalinin paytaxtı Moqadişoda silahlı şəxslər otelin qarşısında avtomobili partladıb, daha sonra binaya hücum ediblər.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bu barədə “Assoşieyted Press” məlumat yayıb.

Polisin məlumatına əsasən, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar Moqadişoda “Nasa-Hablod” otelinə hücum ediblər.

Son məlumata görə, hazırda silahlılar və otelin mühafizəçiləri arasında şiddətli atışma davam edir.

Sosial şəbəkələrdə hücum edən şəxslərin “Əş-Şəbab” terrorçuları olduğu iddia edilir.

Ölənlər barədə hələlik məlumat verilmir.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.