» » Ata günün altında unutduğu qızını soyuducuda soyutmaq istədi

Ata günün altında unutduğu qızını soyuducuda soyutmaq istədi

Ata günün altında unutduğu qızını soyuducuda soyutmaq istədi

ABŞ-da qəribə hadisə baş verib. Texas ştatının Dallas şəhərində təşvişə düşən ata 6 aylıq qızının ölümünə səbəb olub.

Ucarliyiq.biz-ın anspress-ə istinadən məlumatına görə, 33 yaşlı Maykl Tedford 3 uşağını - 5, 3 və 6 aylıq körpələrini avtomobilə qoyaraq baxçaya aparıb. Evə qayıdan ata yatdıqdan bir neçə saat sonra qəflətən 6 aylıq qızını maşında unutduğunu xatırlayıb. Dərhal maşının yanına qaçan kişi 32 dərəcə günəşin altında qalan avtomobildəki körpənin huşsuz olduğunu görüb. Qızını maşından götürən ata "başını itirib".

Qızını xilas etməyə çalışan Tedford qızmar günəş altında qalan körpəni sərinləməsi üçün soyuducuya qoyub. Daha sonra təcili tibbi yardıma zəng vurub. Lakin hadisə yerinə gələn həkimlər körpəni xilas edə bilməyiblər.

Öz doğma qızını öldürməkdə günahlandırılan Tedford cinayət məsuliyyətinə cəlb edilib.