» » İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Konqresdə 350 yer uğrunda 545 namizəd mübarizə aparır.

Bu gün İspaniya parlamentinə növbədənkənar seçkilər keçirilir.

Ucarliyiq.biz xəbər verir ki, Konqres və Senata seçkilər yerli vaxtla səhət saat 9.00-da (Bakı vaxtı ilə 11.00) başlayıb, saat 20.00-da (Bakı vaxtı ilə 22.00)  başa çatacaq.  

Konqresdə 350 yer uğrunda 545 namizəd, Senatda 208 yer uğrunda 585 nəfər mübarizə aparır.

Qeyd edək ki, İspaniya parlamentinə son seçkilər 20 dekabr 2015-ci ildə keçirilib. 

Lakin Konqres ötən müddət ərzində baş naziri seçə bilməyib.