» » Putinlə Elton Conun telefon danışığının yalan olduğu məlum oldu

Putinlə Elton Conun telefon danışığının yalan olduğu məlum oldu

Putinlə Elton Conun telefon danışığının yalan olduğu məlum oldu

“Bu, biz idik”.

Rusiya prezidenti Vladimir Putinlə müğənni Elton Conun telefon danışığının yalan olduğu məlum olub.

ucarliyiq.biz Rusiya mətbuatına istinadən xəbər verir ki, əslində zəng prezidentdən deyil, təqlidçilər Vladimir Krasnov və Aleksey Stolyarovdan gəlib.

“Bu, biz idik. Aleksey ingilis dilində sərbəst danışır. O, özünü bizim danışığımızı tərcümə edən mətbuat katibi Dmitri Peskov, mən isə Vladimir Putin kimi təqdim etdim”, -deyə Vladimir Krasnov bildirib.
Onlar danışığın tam versiyasını verilişlərin birində efirə təqdim edəcəklərini söyləyiblər.