» » Sevən insanlara sertifikat verilir

Sevən insanlara sertifikat verilir

Sevən insanlara sertifikat verilir

Yaponiyanın vilayətlərindən olan Tibada hökumət bir-birini sevən cütlüklərə sertifikat verməyi qərarlaşdırıb.

Həmin sertifikatda cütlüklər öz hisslərini rəsmiləşdirmək imkanı qazanırlar. Ucarliyiq.biz-ın məlumatına görə, sertifikatı alan şəxs orada öz adını, sevgilisi ilə ilk görüşdüyü yeri, habelə bir neçə sualın cavabını qeyd etməlidir. Maraqlıdır ki, sertifikat almaq üçün qarşılıqlı sevgi münasibətinin olması da vacib deyil. Bu halda anketin sevilməklə bağlı bəzi punktlarını boş qoymaq yetərlidir. Maya qədər verilməsi planlaşdırılan sertifikatların heç bir hüquqi gücü yoxdur.

Hökumət isə hesab edir ki, sevgi münasbətlərinin bu formada rəsmiləşdirilməsi gənclərdə evliliyə və doğum göstəricilərinə müsbət təsir edəcək. (musavat.com)