» » Yəməndə 40 nəfər ölüb

Yəməndə 40 nəfər ölüb

Yəməndə 40 nəfər ölüb

Pan Qi Mun tərəflər arasında sülh yaratmaq niyyətindədir.

İyunun 26-da Yəmənin bir neçə bölgəsində baş verən silahlı toqquşmalar nəticəsində 40 nəfər ölüb.

ucarliyiq.biz - in məlumatına görə, APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün BMT-nin baş katibi Pan Qi Mun Küveytə səfər edib.

Onun münaqişə tərəflərinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Yəmən üzrə sülh danışıqlarının iki aydan çox davam etməsinə baxmayaraq, ölkədə silahlı toqquşmalar səngimək bilmir.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir.

Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.