» » Polis 15 dəqiqə iki azərbaycanlı və bir ukraynalı xanımı təqib etdi

Polis 15 dəqiqə iki azərbaycanlı və bir ukraynalı xanımı təqib etdi

Polis 15 dəqiqə iki azərbaycanlı və bir ukraynalı xanımı təqib etdi

Sürücü sərnişinləri ilə polisdən nahaq yerə qaçmırdı.

Sentyabrın 15-də Kiyevdə polislər təxminən 15 dəqiqə VAZ avtomobilində hüquq-mühafizə orqanları əməkdaşlaırndan qaçmağa çalışan asayişi pozanları təqib edib.

ucarliyiq.biz Ukrayna KİV-nə istinadən xəbər verir ki, təqib zamanı sürücü yetərincə təhlükəli manevrlər edib. Polisdən qaçmağa cəhd edərkən, o, qırmızı işıqda keçib, qarşı yola çıxıb və digər maşınların yolunu kəsib.

Amma o, polislərdən qaça bilməyib. Saxlanılan maşında iki azərbaycanlı və bir ukraynalı xanım olub. Sürücünün nə avtomobil üçün sənədləri, nə də sürücülük vəsiqəsi olub.

Sürücü sərnişinləri ilə polisdən nahaq yerə qaçmırdı. Maşında aşkar edilən siqaret qutusunda narkotik vasitəyə bənzər ağ toz bağlaması aşkar edilib.  

Saxlanılanların hər üçü rayon milis şöbəsinə araşdırma üçün gətirilib.