» » Türkiyə XİN Roma Papasını iftira atmaqda günahlandırıb

Türkiyə XİN Roma Papasını iftira atmaqda günahlandırıb

Türkiyə XİN Roma Papasını iftira atmaqda günahlandırıb

Rəsmi Ankara etiraz bəyanatı verib.

Roma Papası Fransisk 1915-ci il hadisələri ilə bağlı tarixi reallıqlara söykənməyən və hüqüqla əlaqəsi olmayan ifadə işlətməklə ermənilərin dediklərinə şərtsiz bağlı olduğunu bir daha göstərib.

ucarliyiq.biz - in Report-a istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Roma Papasının Yerevanda 1915-ci il hadisələrini ermənilərin “soyqırımı” kimi dəyərləndirməsinə etiraz bəyanatında bildirilib.

“Roma Papası Fransiskin 2016-cı il iyunun 24-26-da saxta “erməni soyqırımı” ifadəsini işlətməsi, 1915-ci hadisələri ilə bağlı erməni katolikosu ilə bəyanat qəbul etməsi, ölkəsinə qayıdanda yalan və iftira dolu sözlər işlətməsi onun ermənilərin təsiri altında danışdığını bir daha təsdqiləyib”, - deyə, Türkiyə XİN vurğulayıb.