» » "Sovetski"də güclü yanğın başlayıb - SON DƏQİQƏ - VİDEO

"Sovetski"də güclü yanğın başlayıb - SON DƏQİQƏ - VİDEO

"Sovetski"də güclü yanğın başlayıb - SON DƏQİQƏ - VİDEO

Hadisə yerində olan Milli.Az-ın müxbiri xəbər verir ki, yanğın boş ərazidə baş verib. Naməlum şəxslər tərəfindən 60 kv.m-lik sahədə, təkər sexində təkərlər və əraziyə yığılan zibil yandırılıb. Yanğın nəticəsində ətrafda olan bir evə ziyan dəyib, onun dam örtüyü yanıb.
Bundan başqa yanğın nəticəsində "Mercedes" markalı avtomobilin sol hissəsi əriyib. Hadisə yerinə 3 yanğınsöndürən maşın gəlib. Yanğın söndürülüb, xəsarət alan yoxdur.
Bakıda "Sovetski" adlanan ərazidə, Nəriman Nərimanov prospektində yanğın baş verir.
Ucarliyiq.biz trend-ə istinadən bildirir ki, hazırda yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.