» » Erməni çörəyimizi də zəhərlədi - VİDEO

Erməni çörəyimizi də zəhərlədi - VİDEO

Erməni çörəyimizi də zəhərlədi - VİDEO

Tərtərin təmas xəttinə yaxın Əskipara kəndi ərazisindəki əkin sahəsinə düşən ağ fosforlu mərmi çoxdan zərərsizləşdirilsə də sakinlər hələ də narahatdırlar.

Ucarliyiq.biz Region TV-yə istinadən xəbər verir ki, aprel ayında ermənilər tərfindən atılan ağ fosforlu mərminin tapılaraq zərərsizləşdirildiyi Tərtər rayonunun Əskipara kəndi ərazisində 20 hektar buğda, 6 hektar arpa sahəsindən yığılan məhsuldan hələ ki istifadə edilmir.

Ehtimal olunur ki, həmin ərazilərə düşən və partlayan 100-dən çox hərbi sursat arasında ağ fosforlu mərmilər də ola bilər. Həmin mərmilərin partlaması nəticəsində isə bitkilərə zərərəli maddələr çökə bilər. "Taxılın sümbülləyən dövrünə təsadüf etdiyi üçün mərmi partlayanda ora müəyyən zəhərli maddələr hopa bilər. Ona görə də həmin taxıldan istifadə olunmur", - deyə fermer Ramiz Abbasov deyib. Əskipara kənd icra nümayəndəliyindən bildirildi ki, əldə edilən məhsuldan nümunələr götürülərək laboratoriyalara göndərilib.

Ekspertizanın nətricələri müəyyən edildikdən sonra, məhsulun istifadə edilib-edilməyəcəyinə dair qərar veriləcək.