» » Dünyaca tanınmış aktyor vəfat etdi

Dünyaca tanınmış aktyor vəfat etdi

Dünyaca tanınmış aktyor vəfat etdi

İtaliyanın tanınmış aktyoru, prodüser və peşəkar idmançı Karlo Pedersoli vəfat edib.

Ucarliyiq.biz report-a istinadən bildirir ki, aktyor 87 yaşında Romada dünyasını dəyişib.
Qeyd edək ki, 1929-cu ildə Neapolda anadan olan Karlo Pedersoli uşaqlıqdan peşəkar idmanla məşğul olub. 1 dəqiqə ərzində 100 metr məsafəyə üzən K.Pedersoli bu nəticəsi ilə ilk dəfə İtaliya çempionu adını qazanıb. O, 1952-ci ildə keçirilən Olimpiya oyunlarında İtaliyanı təmsil edib. İdman məşqləri zamanı gələcək sənət dostu Mario Cjirotti ilə tanış olan K.Pedersoli onun məsləhəti ilə kino sahəsində fəaliyyətə başlayıb.
O, 1967-ci ildə çəkildiyi "Allah bağışlayar... Mən yox!" filmi ilə kino aləmində məşhurluq qazanıb. Məhz həmin filmdən sonra sevimli aktyoru Trensi Spenserin şərəfinə Bad Spenser adını özünə səhnə təxəllüsü götürüb.