» » Bakı metrosunda nə baş verir ? - SON DƏQİQƏ

Bakı metrosunda nə baş verir ? - SON DƏQİQƏ

Bakı metrosunda nə baş verir ? - SON DƏQİQƏ

Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Metronun "İçərişəhər" istiqaməti ilə hərəkət edən qatar "Nərimanov" - "Gənclik" metro stansiyaları arasında olan zaman təxminən 30-35 yaşlarında qadın huşunu itirərək yıxılıb. Ətrafdakı sərnişinlərin təcili müdaxiləsi ilə qadın bir qədər özünə gəlsə də, o, ikinci dəfə huşunu itirərək yıxılıb.

Halı pisləşən qadın metronun "Gənclik" stansiyasında sərnişinlərin köməyi ilə platformaya düşürülüb. (milli.az )