» » Qədr gecəsi Mir Mövsüm Ağa ziyarətgahında biabırçılıq

Qədr gecəsi Mir Mövsüm Ağa ziyarətgahında biabırçılıq

Qədr gecəsi Mir Mövsüm Ağa ziyarətgahında biabırçılıq

Ramazan ayının ikinci Qədr gecəsi – iyun ayının 26-dan 27-nə keçən gecə Mir Mövsüm Ağa ziyarətgahında biabırçı anlar yaşanıb.

Ucarliyiq.biz aznews.az-a istinadən xəbər verir ki, ziyarətə gələnlər arasında müğənni Mətanət Əsədovanın da olması gecədə qarmaqarışıqlıq yaradıb. Belə ki, ziyarətçi xanımlar müğənnini görər-gözməz onun yanına axışıb və şəkil çəkdirmək üçün növbəyə düzülüblər.

Məlumata görə, ziyarətgahın içərisində yarım saat müddətində davam edən fotosessiya ciddi sıxlıq yaradıb. Bu isə digər ziyarətçilərin narazılığına səbəb olub.