» » Jirinovski Türkiyəni bağışlamağı xahiş edir

Jirinovski Türkiyəni bağışlamağı xahiş edir

Jirinovski Türkiyəni bağışlamağı xahiş edir

“Amma Ankara vurulan təyyarəyə görə təzminat ödəməlidir”.

Türkiyə ilə münasibətlər bərpa olunmalıdır.

Ucarliyiq.biz “life.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Liberal Demokratik Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bəyan edib.

“Bağışlamaq lazımdır, Türkiyə qonşu dövlətdir. Avropa və Amerikaya nifrət edir. Əgər biz cənubu – Türkiyə, İran, Suriya, bütün ŞƏT-ə (Şanxay Əməkdaşlıq Təşkilatını) üzv ölkələri özümüzə tərəf çəksək, bəşəriyyətin, ümumiyyətlə, problemi olmayacaq”, - Jirinovski bəyan edib. 

Bununla yanaşı, o əlavə edib ki, Türkiyə tərəfi vurulan təyyarəyə görə təzminat ödəməlidir.

Siyasətçinin fikrincə, gələcəkdə əməkdaşlığın, əsasən də turizm sahəsində bərpası mümkün olacaq.

“Biz hər şeyi qaytarırıq, Krasnodar, Krım, Kuban – azdır, qoy apreldən oktyabra qədər dörd-beş milyon adam Türkiyəyə dincəlməyə getsin. Türklərin bizi sevməyi və hörmət etmələri, eləcə də əksinə bizim üçün sərfəlidir”, - Jirinovski bildirib.