» » Bu "Mama roza"lar axtarışdadırlar - AZƏRBAYCANDA - FOTOLAR

Bu "Mama roza"lar axtarışdadırlar - AZƏRBAYCANDA - FOTOLAR

Bu "Mama roza"lar axtarışdadırlar - AZƏRBAYCANDA - FOTOLAR

Azərbaycanlı qadınları cinsi istismara məruz qoyan 3 nəfərin barəsində axtarış elan edilib.

Ucarliyiq.biz bildirir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsindən teleqraf.com-a deyilib ki, həmin qadınların barəsində İnterpol vasitəsi ilə axtarış elan olunub.

Axtarışa verilən qadınlar bunlardır:

Zaqatala rayon sakini, 1964-cü il təvəllüdlü Alxazova Nərminə Cəfər qızının barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1974-cü ildə anadan olan Kərimova Səmayə Çölü qızı Bakı şəhər sakinidir. O, insan alverində ittiham olunur.

Alməmmədli Elnarə Şakir qızı 1981-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olub. Bakı şəhər sakini olan Elnarə Alməmmədova qadınları fahişəliyə cəlb etməkdə ittiham edilir.

Bundan əlavə 2015-ci ildə də insan alveri ilə məşğul olan 4 qadın və 1 kişi barəsində axtarış elan edilib.

Tuxtaboeva Masxura Movlonovna 1982-ci ildə anadan olub, Özbəkistan vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilib.

Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Çakıroğlu Təranə Adil qızının barəsində qadınları cinsi istismara məruz qoyma ittihamı ilə bağlı axtarışa verilib.

Hüseynzadə Elvin Elşad oğlu 1985-ci ildə Lənkəran şəhərində anadan olub, Bakı şəhər sakinidir. Onun barəsində qadınları fahişəliyə cəlb etmə ittiham üzrə axtarış elan olunub.

1976-ci ildə Lənkəran şəhərində anadan olan Həsənova Sevda Həsən qızı Bakı şəhər sakinidir və qadınları fahişəliyə cəlb etdiyi üçün barəsində axtarış elan edilib.

Hacıyeva Qızqayıt Rafiq qızı 1984-cü ildə Abşeron rayonunda anadan olub və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan olunub. O, İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.