» » Ankara “Su-24”-ə görə təzminat ödəmə sözündən imtina etdi

Ankara “Su-24”-ə görə təzminat ödəmə sözündən imtina etdi

Ankara “Su-24”-ə görə təzminat ödəmə sözündən imtina etdi

“Biz sadəcə üzr istəmişik”.

Türkiyə Rusiyaya 2015-ci ilin noyabrında vurulmuş “Su-24”-ə görə təzminat ödəmək fikrində deyil.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

“Təyyarəyə görə Rusiyaya təzminat ödəməkdən söhbət getmir, biz sadəcə üzr istəmişik”, - “CNN Türk” telekanalı Yıldırımın sözlərini sitat gətirib. 

“Xeyr, belə bir şey yoxdur”, - Türkiyə baş nazirinin jurnalistlərə verdiyi bəyanatından Anadolu agentliyi sitat gətirib. 

Daha öncə TRT kanalının efirində Yıldırım bəyan edib ki, Türkiyə “lazım olarsa” bombardmançı “Su-24” təyyarəsinə görə təzminat ödəməyə hazırdır. 

Bazar ertəsi məlum olub ki, Türkiyə prezidenti Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktubda vurulmuş “Su-24” təyyarəsinə görə üzr istəyib. Eləcə də pilotun ölümü ilə əlaqədar başsağlığı verib, Ankaranın Moskva ilə münasibətləri korlamaq istəmədiyini bildirib. 

Kremldə Ərdoğanın məktubunu ölkələr arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım adlandırıblar. Bununla yanaşı, prezidentin mətbuat katibi Dmitri Peskov bunun yetərli olmadığını qeyd edib.

Onun sözlərinə görə, bütün problemləri bir neçə gün ərzində həll etmək mümkün deyil.