» » 7 ay sonra Putin Ərdoğana zəng etdi

7 ay sonra Putin Ərdoğana zəng etdi

7 ay sonra Putin Ərdoğana zəng etdi


Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında aylar sonra baş tutan telefon danışığı başa çatıb. ucarliyiq.biz-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, prezidentə yaxın qaynaqlar telefon danışığının çox müsbət abu-havada keçdiyini deyiblər.

NTV telekanalının verdiyi məlumata görə, görüş çox məhsuldar olub və qırx dəqiqə davam edib. Telekanalın məlumatına görə, prezidnetlərin yazılı bəyanatı gözlənilir.

Saat 13:19

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb. Bu, ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə tərəfdən vurulmasından sonra ilk təmasdır.

Telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin ilk olaraq ötən gün İstanbuldakı Atatürk hava limanında baş verən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib. Rus lider türk həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıq zamanı çox sayda insan ölümünə səbəb olan hadisədən təəssüfləndiyini qeyd edib.

Kreml və Türkiyə prezidentinin mətbuat xidməti danışıqlarla bağlı detallı məlumat yayılacağını elan edib.

Görüşdə ikitərəfli əlaqələrin və Atatürk hava limanında baş verən hadisənin müzakirə ediləcəyi gözlənilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl rusiyalı həmkarı Vladimir Putinə 2015-ci ilə noyabrın 24-də baş verən qırıcı qalmaqalına görə üzürxahlıq edib.

“Rusiya ilə aramızda olan təyyarə böhranının aradan qaldırılması üçün addımlar atdıq. Göndərdiyim məktubda həm baş verən hadisədən təəssüfləndiyimi ifadə etdim, həm də regional iş birliyi imkanlarını xatırlatdım”.

Türkiyənin dostlarına etibarlı ölkə olduğunu həmişə sübut etdiyini deyən prezident bildirib ki, o, yaxın qonşu ilə olan münasibətləri, xüsusilə strateji sahədə atdıqları addımların inkişaf etdiriləcəyinə inanır.
“Türkiyə-Rusiya münasibətlərinin normallaşması hər iki ölkənin xeyrinə olacaq”.

Ərdoğanın məktubundan sonra Rusiya və Türkiyə arasında yeddi aydır davam edən soyuq münasibətlər düzəlməyə başlayıb.