» » Erdogan və Putin Göruşəcək

Erdogan və Putin Göruşəcək

Erdogan və  Putin Göruşəcək


Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

R.T.Ərdoğan və V.Putin arasında 7 aydan sonra baş tutan ilk telefon danışığının təfərrüatları məlum olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlərin yenidən canlandırılması və terrorla ortaq mübarizə məsələlərində qərarlılıq nümayiş etdirilməsi ilə bağlı razılıq əldə olunub.



“Qeyd edilən məsələlərin üzbəüz müzakirə olunması barədə razlılıq ifadə edilib”, - deyə Ərdoğan administrasiyasından verilən məlumatda qeyd edilir. 



Müzakirələrin təməlini isə Türkiyə-Rusiya arasında əlaqələr təşkil edib.


Saat 13:47



Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında aylar sonra baş tutan telefon danışığı başa çatıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, prezidentə yaxın qaynaqlar telefon danışığının çox müsbət abu-havada keçdiyini deyiblər.



NTV telekanalının verdiyi məlumata görə, görüş çox məhsuldar olub və qırx dəqiqə davam edib.  Telekanalın məlumatına görə, prezidentlərin yazılı bəyanatı gözlənilir.


Saat 13:19



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb. Bu, ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə tərəfdən vurulmasından sonra ilk təmasdır. 



Telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin ilk olaraq ötən gün İstanbuldakı Atatürk hava limanında baş verən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib. Rus lider türk həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıq zamanı çox sayda insan ölümünə səbəb olan hadisədən təəssüfləndiyini qeyd edib. 



Kreml və Türkiyə prezidentinin mətbuat xidməti danışıqlarla bağlı detallı məlumat yayılacağını elan edib. 



Görüşdə ikitərəfli əlaqələrin və Atatürk hava limanında baş verən hadisənin müzakirə ediləcəyi gözlənilir.