» » Əfqanıstan ordusu 70-dən çox yaraqlını məhv edib

Əfqanıstan ordusu 70-dən çox yaraqlını məhv edib

Əfqanıstan ordusu 70-dən çox yaraqlını məhv edib

Xüsusi əməliyyatlar keçirilib.

Əfqanıstan Silahlı Qüvvələrinin son sutka ərzində ölkə ərazisində keçirdiyi əməliyyatlar nəticəsində 70-dən çox yarqalı məhv edilib, 75-i yaralanıb və daha ikisi saxlanılıb.

ucarliyiq.biz Khaama Press agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyatlar Kabul, Paktiya, Kandaqar, Daykundi və digər bölgələrdə keçirilib. 

Əməliyyatlar zamanı Əfqanıstan ordusu 6 hərbçisini itirib.  

Qeyd olunur ki, hərbçilər bir neçə il “Taliban” terror qruplaşmasının nəzarəti altında olan əraziləri azad ediblər.