» » Qana bulanan İstanbuldan ən son xəbər

Qana bulanan İstanbuldan ən son xəbər

Qana bulanan İstanbuldan ən son xəbər

İstanbulda terror

Ötən gün baş verən terror aktından sonra Türkiyənin İstanbul şəhərində insanlar təşvişdədirlər. ANS PRESS-in Türkiyə müxbiri Pərviz Sultansoyun məlumatına görə, Atatürk hava limanında baş verən terror hadisəsindən sonra insanlar hələ də özlərinə gələ bilməyiblər və qorxu içərisindədirlər. 



Rəsmi məlumatlara görə, ölü sayı 36 nəfərdir. Türkiyə hökuməti şəhərdə panika yaranması və yenidən terror aktının baş verəcəyini nəzərə alaraq xəbərlərin verilməsinə yayım qadağası qoyub. Hazırda Atatürk hava limanında təhlükəsizlik ən yüksək dərəcədədir, polislər növbəti hadisənin baş verməməsi üçün əllərindən gələni edirlər. 



İstanbulda 20 minə yaxın polis fəaliyyət göstərir. Amma ötən gün baş vermiş terror aktından sonra buraya digər şəhərlərdən də polis əməkdaşları cəlb olunub. Onlar şəhərin müxtəlif istiqamətlərində, xüsusən insanların toplu olduğu ərazilərdə təhlükəsizliyi təmin edirlər. 


Amerika mətbuatının məlumatına görə, Atatürk hava limanından yayılan görüntülərdə bir məqam var ki, diqqəti xüsusilə çəkir. Polis hava limanında terrorçu-kamikadzeyə yaxınlaşsa da, onu tam zərərsizləşdirmir və hadisə yerindən uzaqlaşır. Bundan sonra kamikadze özünü partladır. 



Türkiyə müxalifəti də bu barədə öz fikirlərini bildiriblər. Onların sözlərinə görə, əgər polis həmin kamikadzeni başından vursaydı, o zaman o da özünü partlada bilməzdi.



Amma əslində hər şey göründüyü kimi deyil. İnsident zamanı polis də həyəcan içərisində olur və onun terrorçuya atəş açmağına baxmayaraq, kamikadze öz işini görür və özünü partlatmağa nail olur. 



Türkiyənin baş naziri Binali Yıldırım da terrorla bağlı çıxış edərək bildirib ki, hər 3 kamikadze hava limanına taksi ilə gəlib və hər üçündə də "Kalaşnikov" avtomatı olub. Terrorçular qarşılarına keçən hər kəsi gülləyiblər. Polislə atışma başlayandan sonra isə artıq özlərini partladıblar.