» » "Həmin saatda uçmalı idim"- idmançımız danışdı

"Həmin saatda uçmalı idim"- idmançımız danışdı

"Həmin saatda uçmalı idim"- idmançımız danışdı

Dünən Atatürk hava limanında terror aktı baş verən zaman İstanbulda olan kikboks üzrə 5 qat dünya çempionumuz Pərviz Abdullayev aznews.az-a danışıb.

İdmançı bildirib ki, hadisə baş verən vaxtda Atatürk hava limanından Bakıya uçmalı imiş: "Mənim biletim dünən saat 22:30-a idi. Ancaq nə isə fikrimi dəyişdim, bu gün üçün Bakıya qayıtmaq qərarına gəldim. Buna görə də biletimi bu gün üçün dəyişdim, getmədim. Yoxsa mən də həmin vaxt orada olacaqdım".