» » "Messini gözü yaşlı görmək məni də kədərləndirir"

"Messini gözü yaşlı görmək məni də kədərləndirir"

"Messini gözü yaşlı görmək məni də kədərləndirir"


Ronaldo və Messi (arxiv)

Portuqaliya yığmasının və “Real Madrid” klubunun ulduz forvardı Kriştiano Ronaldo əzəli rəqibi Lionel Messinin Argentina yığmasında karyerasına son qoymağını şərh edib.



ANS PRESS-in məlumatına görə, Ronaldo Messiyə yenidən milliyə qayıtmasına çağırış edib. Portuqaliyalı Argentinanın Messiyə ehtiyacı olduğunu vurğulayıb.


“Messi sərt qərar verdi. İnsanlar bunu anlamalı və qəbul etməlidirlər. Bu ona görədir ki, o, heç vaxt karyerasında ardıcıl 2-ci dəfə məğlub olmamışdı və uğursuzluq yaşamamışdı. Penalti qaçırmaq heç kimi pis oyunçu edə bilməz. Lakin onu gözü yaşlı görmək məni də kədərləndirir və ümid edirəm ki, o, milli komandasına geri qayıdar. Çünki Messiyə ehtiyac var”.


Lionel Messi Amerika kubokunun final matçından sonra yığma komandada karyerasına son qoyub. Həmin görüşdə Messinin komandası Çili ilə qarşılaşıb. Ötən ildəki kimi Çili argentinalıları penalti vuruşlarında məğlub edib. Messidən başqa komandanın bir neçə futbolçusu da karyerasına son qoymağını düşünür.


"Messini gözü yaşlı görmək məni də kədərləndirir"
Messi Çili oyunundan sonra ağlayır