» » Çaqqallar qadına hücum etdi - Xaçmazda DƏHŞƏT - VİDEO - FOTO

Çaqqallar qadına hücum etdi - Xaçmazda DƏHŞƏT - VİDEO - FOTO

Çaqqallar qadına hücum etdi - Xaçmazda DƏHŞƏT - VİDEO - FOTO
]

Xaçmaz rayonunun Niyazabad kənd sakini, 77 yaşlı Qızbəs İmaməliyeva yırtıcıların hücumuna məruz qalıb.

Ucarliyiq.biz Reqion TV-yə istinadən xəbər verir ki, günorta saatlarında həyətdə cücələri yemləyən qadına çaqqal sürüsü hücum edib. Səs-küyə həyətə çıxan Qızbəs İmaməliyevanın gəlini dəhşətli mənzərənin şahidi olub.

Zərərçəkən təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının üzərində bir saatdan çox əməliyyat aparılıb.

Ümumiyyətlə, son vaxtlar Xaçmaz rayonunda vəhşi heyvanların insana hücumu faktlarına tez-tez rast gəlinir. Bu il ərzində eyni diaqnozla Xaçmaz Rayon Mərkəzi Xəsətəxanasına bir neçə dəfə müraciət olunub.

Məlumat üçün bildirək ki, çaqqalların ilboyu ovlanmasına icazə verilir.