» » Mərhum reperin bu gün doğum günüdür

Mərhum reperin bu gün doğum günüdür

Mərhum reperin bu gün doğum günüdür

Bu gün mərhum reper Hüseyn Dəryanın ad günüdür.

Ucarliyiq.biz-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi 1975-ci ildə Bakının Bakıxanov qəsəbəsində anadan olub.

Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxuyub. Könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak edib.

Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən söyləməyə başlayıb. İlk dəfə meyxana və muğamla repi sintez edib. Əsas karyerasına 2000-ci ildən başlayıb.

14 mart, 2014-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevdadan Ayşə adlı qızı, ikinci xanımı Sona Muradovadan isə Cahangir adlı oğlu var.