» » Dünya ulduzları Türkiyədəki terrora görə başsağlığı verdilər – FOTO

Dünya ulduzları Türkiyədəki terrora görə başsağlığı verdilər – FOTO

Dünya ulduzları Türkiyədəki terrora görə başsağlığı verdilər – FOTO

Ramazzotti, Şeyk, İqlesias və Madonna yaşanan hadisəyə etiraz ediblər.

Xəbər verdiyimiz kimi, gecə saatlarında İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

Ucarliyiq.biz xəbər verir ki, dünya ulduzları Türkiyədə baş verən bu hadisəyə biganə qalmayaraq sosial şəbəkə vasitəsilə günahsız insanların ölümünə etirazlarını bildiriblər, başsağlığı veriblər.

İyunun 18-də “Formula-“1 Qran-Prisi çərçivəsində Bakıda Dənizkənarı Milli Parkda konsert proqramı ilə çıxış edən dünya şöhrətli müğənni Enrike İqlesias rəsmi İnstaqram səhifəsində Türkiyə bayrağını paylaşıb, ürəyinin İstanbulda olduğunu yazıb.

Dünya ulduzları Türkiyədəki terrora görə başsağlığı verdilər – FOTO

Müğənni Madonna Türkiyədəki konsertindən foto paylaşaraq ölkə üçün dua etdiyini bildirib.

Dünya ulduzları Türkiyədəki terrora görə başsağlığı verdilər – FOTO

Aprel ayında Bakı Kristal Zalında konsert verən Eros Ramazzotti də Türkiyəyə başsağlığı verib.

Dünya ulduzları Türkiyədəki terrora görə başsağlığı verdilər – FOTO

Tanınmış rusiyalı model İrina Şeyk isə Türkiyədə baş verən terror hadisəsini qınayıb.

Dünya ulduzları Türkiyədəki terrora görə başsağlığı verdilər – FOTO