» » Öldürəcəyi adamı səhv saldı

Öldürəcəyi adamı səhv saldı

Öldürəcəyi adamı səhv saldı

Göyçay rayonunda baş verən qətlin təfərrüatı üzə çıxıb.

Ucarliyiq.biz xəbər verir ki, Göyçay şəhərinin Heydər Əliyev küçəsi 24 saylı mənzildə qətlə yetirilən 1963-cü il təvəllüdlü Kərimov Cəbrayıl İsmayıl oğlu təsadüfün qurbanı olub.

Qətli törədən 1991-ci il təvəllüdlü Sərxan Süleymanov əslində başqa adamı öldürmək istəyirmiş. Belə ki, 25 yaşlı gəncin bacısı iki ay əvvəl şəhərin Hüseynbala Əliyev küçəsində O.Quliyev adlı bir şəxsə qoşularaq qaçıb. Bir müddət birlikdə yaşayan cütülüyün münasibətləri daha sonra pozulub və onlar tez-tez dalaşıb. Sərxan isə bacısının "qəlbini qıran" kişini cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə o, Göyçaya gəlib, lakin küçələrin adını səhv salıb. Nəticədə H.Əliyev küçəsindəki Cəbrayıl Kərimovun evinə girib və ona yatdığı yerdə 19 bıçaq zərbəsi endirib.

S.Süleymanov həbs edilərək istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə bu gecə, saat 01:00-də baş verib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

İş adamı olan Cəbrayıl Kərimov uzun illər Göyçay rayonunda kafe və restoran xidməti ilə məşğul olub.