» » İki iranlı qadın düzgün hicab geyinmədiklərinə görə cərimə ediliblər

İki iranlı qadın düzgün hicab geyinmədiklərinə görə cərimə ediliblər

İki iranlı qadın düzgün hicab geyinmədiklərinə görə cərimə ediliblər

İranda bütün qadınlar hicab geyinməyə məcburdular.

Tehran şəhər məhkəməsi qaydalara uyğun olmayan hicab geyindiklərinə görə iki iranlı qadını cərimə edib.

Bu barədə ucarliyiq.biz The Telegraph-a istinadən xəbər verir.

“Ötən həftə ərzində məhkəməyə iki qadının qaydalara uyğun olmayan hicab geyinməsi barədə iddia daxil olub. Məhkəmə onlarını hər birinə 9 milyon rial məbləğində cərimə müəyyən edib”, - yerli KİV-lər hökümət nümayəndələrinin sözlərindən sitat gətirirlər. Qadınların geyimləri barədə ətraflı məlumat verilmir.

Nəşr həmçinin qeyd edir ki, İran höküməti sükan arxasında qaydalara uyğun geyinməyən qadınların saxlanılaraq məsuliyyətə cəlb ediləcəyinə söz verib.

Qeyd edək ki, İran ərazisində bütün qadınlar hicab geyinməyə məcburdular. Lakin, hökümətin müdaxiləsinə baxmayaraq, 1990-cı ildən etibarən bu qaydalar tədricən yumşalıb. 

Hal-hazırda Tehranın zəngin şimal məhəllələrində qaydalara əməl etməyən hicabsız qadınlara rast gəlmək olar.