» » İtaliyalıların Fransa sərgüzəştləri

İtaliyalıların Fransa sərgüzəştləri

İtaliyalıların Fransa sərgüzəştləri


İtaliyalı azərkeşlər

Fransada keçirilən Avropa çempionatında növbəti xoşagəlməz hadisə yaşanıb. ANS PRESS-in məlumatına görə, bu dəfə italiyalı azarkeşlər problem yaradıblar.

Hadisə 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliya - İspaniya (2:0) qarşılaşmasından sonra yaşanıb.



Bir qrup italiyalı fanat polisi təhqir edən plakatlar açıb və şüarlar səsləndiriblər. Məsələni araşdıran yerli polis görüntülərin videoyazısını izlədikdən sonra 3 azarkeşi təqsirli bilərək həbs edib.


İtaliyalıların Fransa sərgüzəştləri
İtaliyalı azərkeşlər

Bundan əvvəl İngiltərə - Rusiya matçından öncə hər iki komandanın azarkeşləri arasında qalmaqal yaşanıb. Fransa mətbuatı iddia edir ki, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş vəfat edib.



Bu, Avropa çempionatında ilk ölüm kimi yadda qalıb. Bundan öncə də İngiltərə millisinin azarkeşləri qalmaqala səbəb olmuşdu. Adadan gələnlər Marsel əhalisi ilə əlbəyaxa olmuşdu.



Fransanın Marsel şəhərində İngiltərə futbol komandasının azarkeşləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Azarkeşlər polisə şüşə qablar atıblar. Qarşıdurma zamanı xəsarət alan olmayıb. Polis gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb.